29 sentyabr 2024 at 21:02
Jurnalist kodu: 5561
Xəbər kodu: 85612362
T T
0 Persons

İran sionist rejimin Yəmənə hücumunu qətiyyətlə pisləyib

29 sentyabr 2024 at 21:02
Xəbər kodu: 85612362
İran sionist rejimin Yəmənə hücumunu qətiyyətlə pisləyib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Yəmənin Hudeydə limanının yanacaq çənləri və elektrik istehsalat stansiyasına hücumlarını kəskin şəkildə pisləyib.

Nasir Kənani Yəmənin Hudeydə limanının mülki infrastrukturunun dağıdılmasına səbəb olan bu vəhşi hücumları sionist rejimin anti-insani mahiyyətinin ifadəsi kimi qiymətləndirərək deyib: “Sionist rejimin cinayətləri Amerika rejiminin qeyd-şərtsiz dəstəyi ilə baş verir və Vaşinqton Təl-Əvivi idarə edən cinayətkar dəstənin cinayətlərində tam şərikdir.”

Yəmənlilərin məzlum Fələstin xalqına verdiyi şərəfli dəstəyi təqdir edən Kənani bildirib: “Sionist rejimin Yəmənə və bu ölkənin mülki və xidmət infrastrukturlarına hücumu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin kobud və təkrarən pozulmasıdır. Beynəlxalq ictimaiyyət rejimin bu qədər azğınlığının qarşısını almalıdır.”

Diplomatik qurumun mətbuat katibi bir daha sionist rejimin müharibə qızışdırmasının regional və beynəlxalq sülh və təhlükəsizlik üçün nəticələri barədə xəbərdarlıq edərək əlavə edib: “Sionist rejimə dəstək verənlər, o cümlədən ABŞ hökuməti bu rejimin Fələstin və Livanda törətdiyi cinayətlərinin davam etməsinin, eləcə də Yəmənə qarşı avantürist və təcavüzkar hücumlarının təhlükəli və gözlənilməz nəticələrinə görə, birbaşa məsuliyyət daşıyır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .